09.06.2025, 01:11
AZ EN
17.05.2024, 09:48 344

Rus hərbçiləri Ermənistanın 5 rayonundan çıxır

XƏBƏRLƏR
  • Rusiya tərəfinin guya, öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr həqiqətə uyğun deyil.

"Vətən səsi" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, Rusiya sərhədçilərinin Ermənistanın beş rayonundan çıxarılmasının Bakı və İrəvan arasında razılaşmalar çərçivəsində həyata keçirildiyi barədə yayılan iddianın doğru olmadığını bildirib.

Zaxarova qeyd edib ki, Rusiya və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfinin xahişi ilə Azərbaycanla bir sıra həmsərhəd rayonlardan rus sərhədçilərinin çıxarılması müzakirə olunub.

Xatırladaq ki, rus hərbçilərinin Ermənistanın beş bölgəsindən geri çəkiləcəyini və həmin bölgələrdə erməni hərbçilərinin dayanacağını bir neçə gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamışdı. Həmin rayonlara Qeğarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələri daxildir.

Elxan SALAHOV

Oxşar xəbərlər