19.10.2024, 08:35
AZ EN
16.05.2024, 19:10 209

Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur

XƏBƏRLƏR
  • Dünən Tavuşda Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin mayın 16-da keçirilən iclasında söyləyib.

O deyib ki, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşıdır. Müstəqillik tarixində ilk dəfə Ermənistan rəsmi şəkildə delimitasiya edilmiş sərhədə malik olur.

O, bu prosesə görə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkürünü bildirib.

Paşinyan deyib ki, Ermənistan sərhədçiləri artıq 10 gündür Bağanis-Voskepar ərazisində xidmət aparırlar. Yəni, sərhəd dirəkləri quraşdırılandan bəri həmin əraziyə sərhəd qoşunları yerləşdirilib. Hazırda ərazi daimi xidmət üçün tədqiq olunur. Bu proses digər sahələrdə də baş verəcək.

N.Paşinyan Berkaber ərazisində demarkasiya prosesində heç bir problemin olmadığını da vurğulayıb.

Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. (AZERTAC)

Oxşar xəbərlər