"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Erməni mətbuatının yaydığı məlumata görə, Qriqoryan deyib ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra rəsmi Bakı özünü SSRİ qurulanadək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib: "Bununla da rəsmi Bakı hesab edir ki, sərhədlərin demilitasiyası Sovet İttifaqındakından tamamilə fərqli olmalıdır, yəni 1920-ci ilə aid xəritələr əsas götürülməlidir. Biz isə hesab edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası SSRİ-nin son dövrünün xəritələrinə əsaslanmalıdır".
Qriqoryan Almatı bəyannaməsindən bəhs edərək bildirib ki, həmin sənədə əsasən, SSRİ-nin dağılması zamanı mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır. Onun sözlərinə görə, sərhədlərin demilitasiyası ilə bağlı müzakirələr məhz Almatı bəyannaməsinin müəddəları əsasında aparılmalıdır: “Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Almatı bəyannaməsinə əsaslanan beynəlxalq sərhəd olmalıdır, SSRİ dövrünün ən son xəritələrinə əsaslanaraq bu sərhədlər bərpa olunmalıdır. Lakin bu, problemdir və biz bu barədə Azərbaycanla razılığa gəlmək istəyirik. Çünki rəsmi Bakının xəritələlərlə bağlı fərqli mövqeləri var. Əminik ki, bu, hüquqi yanaşmalar heç bir beynəlxalq prinsipi pozmur və münasibətlərin tənzimlənməsinə uyğundur. Hazırda müzakirələr davam edir və mən əminəm ki, yekunda razılığa gələcəyik”.
Elxan SALAHOV