Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, professor Fəzail İbrahimli, millət vəkilləri Kamaləddin Qafarov və Azay Quliyev, İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, məktəbəqədər təhsil müəssisələrinin, orta ümumtəhsil məktəblərinin, səhiyyə, mədəniyyət, müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd edib ki, Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyi təmin edilib. Ulu Öndərin əsasını qoyduğu tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Unudulmaz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini ləyaqətlə yerinə yetirərək, doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu.
Daha sonra millət vəkilləri Kamaləddin Qafarov və Azay Quliyev Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından söhbət açaraq, onun Azərbaycanda hakimiyyəti dövründə iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs ediblər. Mİllət vəkilləri Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu və əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulacağını vurğulayıblar.
Sonra tədbir iştirakçıları Binəqədidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin istirahət parkında ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar. Sonra Onlar Ulu Öndərin şəkillərindən ibarət foto-sərgi ilə tanış olublar.
Tədbirin bədii hissəsində M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi nümunələrindən ibarət kompozisiyalar səslənib.
Tahirə AĞAMİRZƏ