19.10.2024, 12:21
AZ EN
19.10.2023, 11:50 303

Ermənilər Paşinyanı devirməyə hazırdır

XƏBƏRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyanın devriləcəyi təqdirdə onun yerinə gətiriləcək şəxsin kimliyi müəyyənləşib. Bu, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyandır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Vanetsyan yaxın ətrafı ilə söhbət zamanı ölkənin baş naziri olmaq istədiyini təsdiqləyib. Qeyd olunur ki, Ermənistanın regional siyasətdəki uğursuzluğu, xüsusilə 44 günlük müharibədən sonra Avropa ilə açıq əməkdaşlıq fonunda Qarabağ məsələsində biabırçı məğlubiyyət Ermənistanın Rusiyadan üz döndərməsi Nikol Paşinyanın öz ərafında da ixtilaflara yol açıb. Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyyatlarından sonra rəqiblərinin öz mövqelərində daha da möhkəmlənməsi baş nazirin hakimiyyətdən uzaqlaşdırılacağı barədə gözləntiləri də artırıb. İctimai rəydə Moskvanın Paşinyanı devirmək planlarının çox çəkməyəcəyi də aktualdır. Belə bir şəraitdə Artur Vanetsyanın Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqələrinin gücləndirdiyi və Nikol Paşinyanı məhz onun əvəzləyəcəyi barədə məlumatlar yayılıb.

Erməni mətbuatının yazdığına görə, Vanetsyan yaxın ətrafı ilə söhbət zamanı Rusiyanın onun baş nazirliyə namizəd olmasına müsbət yanaşdığını söyləyib. O, bildirib ki, Ermənistanda Rusiyameyilli müxalifət liderləri arasında digərlərindən yaşca xeyli cavan olması onu rəqiblərindən bir addım öndə tutur.

Xatırladaq ki, 44 yaşlı Artur Vanetsyan 2018 may - 2019 sentyabr tarixlərində  Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində işləyib. General-mayor rütbəli Vanetsyan həmin vəzifədən istefa verdikdən sonra müxalifətə keçərək Vətən Partiyasını qurub. Hazırda həmin partiyanın sədri olan bu şəxs baş nazir Nikol Paşinyana qarşı müxalifətdə olan əsas liderlərdən hesab olunur.

Elxan SALAHOV

Oxşar xəbərlər