Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdamda keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda keçirilən xüsusi sessiyada deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ağdam şəhəri yüksək standartlara uyğun şəkildə bərpa edilir.
Nazir müavini minaların mədəni irsə təsirindən danışarkən xatırladıb ki, UNESCO-nun bununla bağlı xüsusi konvensiyası var:
"Rəsmi rəqəmlərə görə dünya üzrə 110 milyondan çox mina quraşdırılıb. Azərbaycan isə mina problemi ilə bağlı əziyyət çəkən ölkələr siyahısında öndədir. Təkcə Ağdamda 1,5 milyona yaxın mina quraşdırılıb”. (Report)