Həmin gün pavilyonda "Faşizm üzərində qələbədə Azərbaycan SSRİ-nin rolu” adlı fotosərgi açılacaq, qonaqlar arxa cəbhədəki əməyi və şücaətləri ilə Qələbə gününü yaxınlaşdıran Azərbaycanın oğul və qızları haqqında məlumat əldə edəcək, görkəmli Azərbaycan həkimlərinin, bəstəkarlarının, yazıçılarının, əfsanəvi kəşfiyyatçıların və tanınmış hərbi rəhbərlərin həyat hekayələrini eşidəcəklər.
Gün ərzində XTNS pavilyonunun mərkəzi salonunda sovet, habelə müharibə qəhrəmanlarının cəsurluğundan bəhs edən müasir sənədli və bədii filmlər nümayiş etdiriləcək. (AZERTAC)