22.11.2024, 18:11
AZ EN
02.05.2024, 19:30 183

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

XƏBƏRLƏR
  • Mayın 2-də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, parlamentlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsində önəmli rolu qeyd olunub. Bildirilib ki, qanunvericilik orqanları arasında dostluq qrupları çərçivəsində, beynəlxalq parlament qurumlarında qarşılıqlı faydalı əməkdaşlıq genişləndirilir. Bununla yanaşı, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyası təqdirəlayiq fəaliyyət göstərir.

Tərəflər 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi, postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı vəziyyət, bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan dialoqun qurulması, sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından daha bir uğurlu addım olacağına əminlik ifadə edilib, aparılan müzakirələr müsbət dəyərləndirilib.

* * *

Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da Konstantin Kosaçovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə dövlətlərarası və parlamentlərarası əlaqələrin mütəmadi xarakter daşıdığı bildirilib, ölkələrimiz arasında siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndiyi vurğulanıb. Həmçinin ikitərəfli görüşlərin münasibətlərin inkişafı və möhkəmləndirilməsi baxımından əhəmiyyətindən bəhs edilib.

Qeyd olunub ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünya miqyasında günü-gündən nüfuzunun artmasının bariz nümunəsidir. Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif qarşılıqlı maraq doğuran məsələlərin həlli baxımından böyük əhəmiyyət daşıyır. (AZERTAC)

Oxşar xəbərlər