Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Adam Şantadze qonaqları qarşılayıb, onlara məscidin tarixi, burada saxlanılan nadir tarixi, mədəni və mənəvi abidələr barədə məlumat verib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidə mövcud olmuş Şah Abbas məscidindən qalmış abidə, eləcə də XVIII əsrdə əl ilə yazılmış və cəmi 5 nüsxədən ibarət Qurani-Kərimin nadir nüsxəsi ilə tanış olublar.
Sonra məsciddə “camaat namazı” qılınıb. (AZƏRTAC)