24.04.2025, 00:07
AZ EN
30.04.2024, 20:35 242

Nazir müavini: Azərbaycanla Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır

XƏBƏRLƏR
  • Azərbaycan ilə Polşa arasında münasibətlər tarixi köklərə əsaslanır.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Polşa Konstitusiyasının qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

“Azərbaycanla Polşa arasında mövcud olmuş əlaqələr dövlətlərarası münasibətlərimizin tarixi rəmzi kimi çıxış edir”, - o bildirib.

F.Rzayevin sözlərinə görə, ölkələr arasında siyasi dialoq yüksək səviyyədədir.

Nazir müavini həmçinin qeyd edib ki, ölkələr çoxtərəfli əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.(Report)

Oxşar xəbərlər