16.05.2024, 00:57
AZ EN
29.04.2024, 11:47 223

Qarabağdan qaçan keşiş Qazaxın kəndlərini gəzib-dolaşır

XƏBƏRLƏR
  • Erməni kilsəsi tarixən oynadığı iblis rolunu davam etdirir. Bu dəfə onun “səhnəsi” Qazaxın işğal altındakı kəndləridir...

"Vətən səsi" xəbər verir ki, ötən ilin serntyabrında keçirilən antiterror tədbirləri zamanı Qarabağdan qaçmış yepiskop Vrtanes Abramyan Qazaxın işğal altındakı kəndləri ətrafında keçirilən aksiyalara qoşulub. O, yenə də sərsəm açıqlamalarını davam etdirərək Qazaxın işğal altındakı kəndlərinin geri qaytarılması ilə bağlı prosesləri “hazırda “artsax”ın düşmənə verilməsi" kimi təqdim edir.

Ermənistan mətbuatı yazır ki, Qarabağdakı qondarma yeparxiyanın sabiq rəhbəri Qazaxın işğal altındakı kəndlərinin geri qaytarılmasına razılıq verdiyinə görə Baş nazir Nikol Paşinyanı İosif Stalinlə müqayisə edib: “Yüz il əvvəl “artsax”ın kimin əli ilə Azərbaycanın tərkibinə daxil olduğu hamıya məlumdur. Bu, Stalinin qərarı ilə olmuşdu. Çox az vaxt keçdi və oğullarımızın qanı ilə azad edilən "artsax” bir nəfərin sayəsində yenidən Azərbaycana keçdi. Bu təhlükələri zərərsizləşdirmək, görünən və görünməyən düşmənləri sıralarımızdan silmək üçün bütün potensialımızdan istifadə etməliyik. Əgər gecikdirsək, daha təhlükəli hadisələr meydana çıxacaq”.

Göründüyü kimi, erməni kilsəsinin gözü qandan doymur və öz çirkin niyyətləri naminə yenə minlərlə ermənini qırğına verməyə hazırdır...

Elxan SALAHOV

Oxşar xəbərlər