22.11.2024, 11:59
AZ EN
15.05.2024, 20:23 173

Peter Mixalko: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişi dəstəkləyir

XƏBƏRLƏR
  • Avropa İttifaqı (Aİ) Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişi dəstəkləyir və ərazinin minalardan təmizlənməsində Azərbaycana dəstəyini davam etdirəcək.

Bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir vurğulayıb ki, hazırda Aİ Azərbaycanın ticarət, birbaşa xarici investisiyalar və neft sənayesində əsas iqtisadi tərəfdaşıdır və bu, iqtisadiyyatın diversifikasiyası üçün çox vacibdir.

“Azərbaycanda Aİ ölkələrindən 400-dən çox şirkət var. Güclü tərəfdaşlığımız onu göstərir ki, biz birlikdə ən yüksək standartlara nail ola bilərik. Təhsil sektoru da buna misal göstərilə bilər”, - o bildirib.

Bu ilin noyabrında keçiriləcək COP29 konfransı haqqında danışan P.Mixalko qeyd edib ki, Aİ Azərbaycanın istixana qazlarının emissiyalarının azaldılması planının mühüm hissəsi kimi bərpa olunan enerji mənbələri sahəsində potensialını inkişaf etdirməyə, bir sıra Aİ üzvləri ilə əməkdaşlıq şəklində sualtı kabel vasitəsilə Avropaya təmiz enerji ixrac etmək (Qara Dəniz Elektrik Kabel Layihəsi - red.) öhdəliyinə sadiqliyini alqışlayır.

P.Mixalko Aİ-nin Azərbaycana humanitar yardımı davam etdirəcəyini də əlavə edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR