Bunu “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Muhəmməd Talal Əbdülkərim Şuşada keçirilən Beynəlxalq Media Forumu çərçivəsində təşkil olunan “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar” adlı panel iclasında söyləyib.
“Medianın hamı tərəfindən güvənilən struktur olması üçün çalışmaq vacibdir. Kütləvi informasiya vasitələrinin üzərilərinə düşən vəzifə isə etibarlı məlumatları çatdırmaqdır. Azərbaycanda Medianın İnkişafı Agentliyinin yarandığını görəndə çox sevindim. Bu, daha faydalı, obyektiv və operativ iş görmək üçün imkan yaradır”, - deyə menecer bildirib. (AZƏRTAC)