19.10.2024, 12:40
AZ EN
23.04.2024, 09:21 178

Qarabağdan çıxan sülhməramlılar Zəngəzura yollanıb

XƏBƏRLƏR

Rusiya sülhməramlılarının karvanı Qarabağdan Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə bildirib. Amma onun sözlərinə görə, sülhməramlıların Ermənistanda dislokasiya olunması da müvəqqətidir: “Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, onlar Ermənistanda da qala bilməzlər. Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər