Bu fikirləri “Rossiyskaya qazeta” nəşrinə Rusiya Prezidentinin köməkçisi, Dövlət Şurasının katibi İqor Levitin söyləyib.
Vaxtilə BAM-da xidmət keçmiş və Urqal qəsəbəsində hərbi komendaturaya başçılıq etmiş İ.Levitin qəzetə müsahibəsində Baykal-Amur magistralının tikintisi tarixindən və onun perspektivlərindən bəhs edib.
Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, o dövrdə BAM-ın tikintisi ölkə üçün əsas layihə idi. Magistralın tikintisi on il davam edib. BAM-da iki milyona yaxın insan çalışıb. Əvvəlcə, magistralın Şərq və Qərb hissələri, sonra Qərb sahəsi birləşdirilib. Birinci iki birləşmə gümüş halqalar idi, sonuncu isə qızıl oldu.
İ.Levitin qeyd edib: “Oktyabrın 27-də bütün magistral boyu qatarların trafik üzrə hərəkətinin rəsmi açılışı oldu. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur magistralının tikintisinə və istismara buraxılmasına rəhbərlik edən Heydər Əliyev mənim tabeliyimdə olan gümüş halqa sahəsinin əsasının qoyulması üzrə təntənəli mərasimə gəlmişdi.
Heydər Əliyev adamlarla ünsiyyət qurmağı bacarırdı. O, müdrik insan idi. Heydər Əliyev tikintinin yekun mərhələsində iştirak edirdi və bütün məsələlərin, o cümlədən ərzaq təminatı və inşaatçıların digər sosial problemlərinin həllinə köməklik göstərirdi”. (AZƏRTAC)