Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X" hesabında bildirib.
"Sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci ildə Almatı bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfərində qeyd etdiyi kimi NATO normallaşma səylərini güclü şəkildə dəstəkləyir", -Kolomina vurğulayıb. (APA)