23.12.2024, 09:44
AZ EN
18.04.2024, 17:11 197

Səməd Seyidov: "Fransa demokratiya uğrunda mübarizəni heçə endirir"

XƏBƏRLƏR
  • "Yeni Kaledoniyanın müstəqilliyini əldə edəcəyinə inanırıq".

Bunu Milli Məclisin deputatı Səməd Seyidov “Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Fransa bu gün demokratiya uğrunda mübarizəni heçə endirir: "Biz bir sıra tarixi həqiqətləri unutmamalıyıq. Məsələn, Sovet İttifaqının dağılması, "Soyuq müharibə"nin sona çatması, Berlin divarının sökülməsi, Azərbaycanın qalib gəlməsi. Azərbaycanın qələbəsi təkcə regional məsələ deyildi. Azərbaycan bu qələbə ilə dünyaya bir çox şeyləri sübut etdi. Müasir dünyaya xalqların rifahının və hüquqlarının təmin edilməsinin daha bir nümunəsini göstərdi. Hesab edirəm ki, Azərbaycan öz təcrübəsini Yeni Kaledoniya kimi ölkələrlə də bölüşəcək. Biz inanırıq ki, Yeni Kaledoniyanın müstəqilliyini əldə etdiyini və bu xalqın müstəqil ölkənin nümayəndələri kimi beynəlxalq təşkilatlarda təmsil olunduğu günləri də görəcəyik",-deyə S.Seyidov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər