Səfir Şimali Makedoniyanın müxtəlif universitetlərinin akademik heyətindən, yerli ictimaiyyətin, diplomatik korpusun nümayəndələrindən, jurnalist və tələbələrdən ibarət tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünün tarixi, ATƏT-in uğursuz vasitəçiliyi barədə danışıb.
K.Xasiyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi, Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etməsindən sonra regionda yaranan yeni reallıqlar, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan məsələlər, Zəngəzur dəhlizinin qlobal əhəmiyyəti, hazırda davam edən sülh danışıqları, 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirləri və sair haqqında məlumat verib.
Panel müzakirələrin sonunda diplomat dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.(AZERTAC)