23.11.2024, 02:04
AZ EN
17.04.2024, 19:00 202

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

XƏBƏRLƏR
  • Rusiya sülhməramlı kontingentinin (RSK) Qarabağdakı missiyası tam yerinə yetirilmiş hesab edilə bilər, çünki Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bildirib.

O qeyd edib ki, RSK-nın missiyası tam yerinə yetirilmiş hesab edilə bilər, yəni, Rusiya hərbçilərinin artıq evə qayıtmaq vaxtı çatıb.

Deputat qeyd edib ki, indi sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda heç bir münaqişə tərəfi qalmayıb və Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir.

Eyni zamanda, politoloq Aleksey Naumov bildirib ki, 2023-cü ilin sentyabrında Qarabağdakı antiterror əməliyyatından sonra Moskva sülhməramlılarla bağlı bütün məsələləri Bakı ilə həll edib. O deyib ki, Qarabağın Azərbaycana qayıtmasından sonra Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür. “Ermənistan Fransa və ABŞ ilə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb. Gündəmdə yeni, Qərbdən asılılığı olmayan logistika zəncirləri (xatırladım ki, bu nəqliyyat zənciri Qərblə münasibətlər yaxşılaşacağı təqdirdə də gərəkli olacaq), birgə qaz layihələri var. Daha bir cəhd isə Cənubi Qafqaz regionunda Qərb təsirinin qarşısının alınmasından ibarətdir”, deyə - A.Naumov qeyd edib. (AZERTAC)

Oxşar xəbərlər