20.09.2024, 02:00
AZ EN
09.04.2024, 16:49 202

Zəngəzur dəhlizi üç ölkə arasında razılaşdırılıb

XƏBƏRLƏR
  • Ermənistan hakimiyyəti nə qədər Zəngəzur dəhlizinin gündəmdən düşdüyünü bəyan etsə də, bu məsələ gündəmdə qalır.

"Vətən səsi" xəbər verir ki, bunu erməni deputat Armen Rüstəmyan deyib. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020ci il tarixdə imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapmış bu məsələ hələ də qüvvədədir.

“Zəngəzur dəhlizi ilə bağlı tələbləri dəfələrlə eşitmişik, bu tələb indi də qarşımızdadır”, - Rüstəmyan əlavə edib.

Xatırladaq ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat xətti kimi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərindən biridir. Lakin Ermənistan hələ də üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən imtina edir. Bir müddət əvvəl Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı təklif etmişdi ki, Ermənistan bunu qlobal formada açmaq istəmirsə, ilkin mərhələ kimi vətəndaşların Naxçıvana gediş-gəlişini təmin edə bilər. Bunun üçün isə onlar qeyd-şərtsiz kommunikasiya prinsipindən istifadə etməlidir. Bununla Azərbaycan vətəndaşları burada heç bir prosedurla qarşılaşmamalıdır.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR