08.09.2024, 07:50
AZ EN
01.04.2024, 17:55 143

Ermənistan təhlükəli səhvə yol verib

XƏBƏRLƏR

Rusiya Ermənistanın bütün bəyanatlarını diqqətlə izləyir və nəzərə alır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ və Avropa Birliyi (AB) ilə tərəfdaşlıq barədə bəyanatını şərh edən Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

“Düşünürəm ki, Ermənistan sözün hər mənasında Rusiya ilə qarşıdurma kontekstində ABŞ və Qərbin geosiyasi qumar alətinə çevrilir. Bu, çox təhlükəlidir və təkcə İrəvan-Moskva münasibətlərinə yox, həm də Ermənistanın regional və qlobal məsələlərdə nüfuzu və perspektivlərinə böyük ziyan vura bilər. Bunu başa düşməmək çox təhlükəli səhvdir”, - Karasin bildirib.

Bundan əvvəl Ararat Mirzoyan Ermənistanın demokratiya yolunu seçdiyini, buna görə də müvafiq qurumları gücləndirməyə çalışdığını, ABŞ və AB-nin İrəvanın əsas tərəfdaşları olduğunu söyləyib.

Elxan SALAHOV

Oxşar xəbərlər