20.10.2024, 00:05
AZ EN
15.03.2024, 18:56 254

Litvanın eks-prezidenti: Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir

XƏBƏRLƏR
  • Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir.

Bunu Litvanın sabiq Prezidenti Daliya Qribauskayte (Dalia Grybauskaite) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun yeddinci panel müzakirəsində deyib.

Onun sözlərinə görə, dünyada liderlik məsələsi şübhə altındadır: "Bu gün dünyada liderlər öz məsuliyyətlərini dərk etmirlər. Bu da faktiki olaraq bizi çətin vəziyyətə salır. Çox açıq şəkildə görürük ki, Qərb ölkələrinin mənfi liderliyi proksi müharibələrlə nəticələnir. Avropada, Yaxın Şərqdə liderliklə və təhlükəsizliklə bağlı boşluqlar var". (Report)

Oxşar xəbərlər