17.04.2024, 03:21
AZ EN
14.07.2022, 08:31 318

Malayziyada Şuşanın 270 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

XƏBƏRLƏR
  • Cənub-Şərqi və Şərqi Asiya dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Malayziyada işçi görüş və təmaslarına başlayıb.

İyulun 13-də azərbaycanlı nazir müavini ilkin olaraq Malayziyanın qabaqcıl ali təhsil müəssisələrindən olan MARA Texnologiya Universitetində (UiTM) Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş ağacəkmə aksiyasında iştirak edib.

Azərbaycanın Malayziyadakı səfirliyi və UiTM-in birgə təşəbbüsü ilə təşkil olunmuş aksiya universitetin mərkəzi kampusunda yerləşən xüsusi yaşıllıq zonasında keçirilib. Aksiyadan əvvəl təntənəli mərasim təşkil olunub. Tədbirdə UiTM-in geniş elmi-pedaqoji heyətinin nümayəndələri, tələbə-gənclər təşkilatının üzvləri, Azərbaycan səfirliyinin kollektivi və yerli KİV təmsilçiləri iştirak ediblər.

Aksiyadan sonra nazir müavini E.Məmmədov universitetin dəqiq elmlər, biznes, hüquq, humanitar elmlər fakültələrinin və elmi-tədqiqat mərkəzlərinin rəhbərləri ilə görüşərək, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb. (AZƏRTAC)

Oxşar xəbərlər