08.06.2025, 10:43
AZ EN
09.03.2024, 13:00 269

Araşdırmaçı: İslamofobiya Fransada rəsmi siyasətdir

XƏBƏRLƏR
  • "Bu gün İslamofobiya Fransada rəsmi siyasətdir".

Bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində "Fransada anti-İslam siyasəti: İslamofobiyanın normallaşdırılması" adlı paneldə müstəqil araşdırmaçı Roland Eugene Laffitte çıxışında deyib.

Müstəqil fransız araşdırmaçı deyib ki, əgər Fransada şəxs polis tərəfindən saxlanılarsa və həmin şəxs ərəb mənşəli və ya Afrika qitəsindən olarsa, daha çox çətinliklə üzləşir: "Yaxud əgər sizin ərəb soyadınız varsa, iş müraciətində daha çox imtina alırısınız. Fransada müsəlmanlığı siyasi anlayış kimi təlqin edirlər. İslamı zorakı din kimi, cihad mənbəyi kimi, idarəolunmaz məfhum kimi qəbul edirlər. İslamın cihadçı olduğunu təlqin edirlər. Bu gün İslamofobiya Fransada rəsmi siyasətdir". (APA)

Oxşar xəbərlər