Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfəri çərçivəsində bildirib.
“Biz dost Azərbaycanla dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində səmimi olaraq maraqlıyıq”, - o deyib.
Mişustinin sözlərinə görə, bunun etibarlı əsası Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamədir.
O, ölkələrin humanitar sahədə, o cümlədən ali təhsil sahəsində əməkdaşlığını ayrıca qeyd edib. “Rusiyada 7 mindən çox azərbaycanlı tələbə təhsil alır”, - Mişustin bildirib.
Rusiya hökumətinin başçısı qarşılıqlı sərmayənin səviyyəsinin artırılmasını da Moskva və Bakının vəzifələrindən biri adlandırıb. (Report)