Bu fikirləri politoloq İlyas Hüseynov mətbuta açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, Fransanın əsarətindən, zülmündən, yeni müstəmləkəçi siyasətindən əziyyət çəkən şəxslər İstanbula toplaşmışdır və onların olduğu bölgədə Fransanın insanlıq əleyhinə həyata keçirilən fəaliyyətdən bəhs ediblər: "Xüsusilə vurğulamaq lazımdır ki, bəzi şəxsləri həm də Fransanın təkidiylə bu tədbirə buraxmamışdılar. Belə yanaşmaları biz digər tədbirlərdə də görmüşük. Ümumilikdə Bakı Təşəbbüs Qrupunun yeddinci görüşü idi. Buna qədər Nyu-Yorkda, Bakıda, Cenevrədə bu tipli görüşlər olub. Artıq sistematik, ardıcıl şəkildə müxtəlif tədbirlər keçirilir. Əsas məqsəd Fransanın siyasətinin iç üzünü ifşa etməkdir, onu bütün dünyaya göstərməkdir və bu məqsədə də artıq nail olunmaqdadır. Korsikanın, Kolidoniyanın və digər bölgələrin səsi eşidilir, İstanbulda növbəti dəfə onların etiraz səsi duyuldu. Fransanın törətdiyi cinayətlər insanlıq və bəşəriyyət əleyhinə yanaşmaları həm də geniş auditoriyanın diqqətinə çatdırılmalıdır. Bu ərazidə yaşayan insanlara qarşı edilən vəhşiliklər bildirilməlidir. Məhz Qoşulmama Hərəkatı nəzdində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu da bu istiqamətdə inamla addımlayır", - deyə İ.Hüseynov vurğulayıb.
Tahirə AĞAMİRZƏ