23.12.2024, 06:42
AZ EN
27.02.2024, 00:10 291

Sergey Markov: Xocalı qatilləri onilliklər keçsə də, ədalət məhkəməsi qarşısına çıxarılmalıdır

XƏBƏRLƏR
  • Xocalı soyqırımı qəsdən Azərbaycan ərazisində etnik təmizləmə məqsədi ilə törədilib.

Bu fikirləri Azərbaycanın Rusiyadakı Səfirliyində Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbirində iştirak edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

O qeyd edib ki, Xocalı faciəsi zamanı işğalçılar tərəfindən 600-dən çox dinc sakin vəhşicəsinə qətlə yetirilib. “Bu hadisə bilərəkdən, qəsdən, Azərbaycan ərazisinin 20 faizini əhatə edən ərazidə etnik təmizləməni təmin etmək üçün törədilib. Əlbəttə ki, bu soyqırımı aktı iddia müddəti bitməyən cəzaya layiqdir və buna görə bütün təqsirkarlar, hətta bir neçə onillik keçsə də, ədalət məhkəməsi qarşısına çıxarılmalıdır. Dəhşətli soyqırım göstərdi ki, Qarabağ münaqişəsində təkcə hüquqi deyil, həm də mənəvi həqiqət Azərbaycanın tərəfindədir. Xocalı faciəsi gələcək üçün böyük əhəmiyyətə malikdir. Ona görə ki, bu faciə bütün Azərbaycan xalqını çox sadə amal uğurunda birləşdirib. Bu amal ondan ibarətdir ki, ancaq güclü, qalib Azərbaycan ordusu xalqı amansız düşməndən qoruya bilər. Bu gün güclü ordu yaradan Azərbaycan prezidenti sayəsində bütün torpaqlar geri qaytarılıb. İlham Əliyev təkcə Azərbaycanın mülki əhalisini qoruyan deyil, həm də bütün Qarabağ ərazisini tam azad edən ordu yaradıb. Bütün bu müddət ərzində ilk dəfədir ki, dəhşətli soyqırım aktının qurbanları üçün anım tədbirləri bilavasitə Xocalıda, bu hadisələr baş verən yerdə keçirilir”, deyə rusiyalı ekspert vurğulayıb. (APA)

Oxşar xəbərlər