23.12.2024, 05:00
AZ EN
26.02.2024, 22:27 232

Avstriyanın Zalsburq şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb

XƏBƏRLƏR
  • Fevralın 25-də Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Gün ərzində Azərbaycan Evində Xocalı soyqırımına həsr olunmuş guşədə kitab, broşür və informasiya materialları nümayiş etdirilib, faciəyə dair videoçarxlar göstərilib.

Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov 32 il bundan 1992-ci ildə Ermənilərin vəhşiliklə qətlə yetirdikləri Xocalı qurbanlarının əziz xatirəsinə ehtiram olaraq 1 dəqiqəlik sükut elan edib, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə həsr olunmuş nitq söyləyib.

Avstriya Respublikasına səfərdə olan tədbirədə qonaq qismində qatılan ilahi mahnılar ifaçısı Aydın Rzayev şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib. Zalsburq şəhərində fəaliyyət göstərən Əhli-Beyt məscidinin axundu Hacı Əli Xocalı qurbanlarının eləcədə Azərbaycanın azaldığı uğrunda canını fəda edən şəhidlərimiz üçün Müqəddəs Qurandan ayələr oxunub şəhidlərin ruhuna dualar edilib. Tədbirdə ehsan süfrəsi açılıb.

Mərasimdə Azərbaycan və Türkiyə diasporunun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər. (Report)

Oxşar xəbərlər