19.04.2025, 18:24
AZ EN
26.02.2024, 20:12 232

Mahir Abbaszadə: "Bu il Xocalı faciəsi digər illərdən fərqli formatda anılır"

XƏBƏRLƏR
  • Bu il ilk dəfə olaraq, biz Xocalı qurbanlarını Xocalının özündə ana bilirik. Yaramız nə qədər dərin olsa da, indiyə qədər köz-köz olan ürəklərimiz bundan sonransakitlik tapacaq. Çünki artıq ağızdolusu deyə bildiyimizXocalı Azərbaycandır!” nidasının təsiri ilə içimizdəki Xocalı ağrılarından biri qismən də olsa, səngiyib...

"Xocalı soyqırımı qurbanlarını anma tədbirlərini bu il tamamilə başqa bir formatda keçiririk. Çünki indiyə qədər Xocalı ilə bağlı hadisələrin səbəbkarlarının cəzası verilməmişdisə, hazırda Azərbaycanın işğal altında olan bütün torpaqlarını azad edə bilmişik".

Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə Xocalı soyqırımının anılması ilə bağlı keçirilən tədbirdə səsləndirib. Millət vəkili qeyd edib ki, artıq Xocalı sakinləri şəhərin yenidən qurulmasında iştirak edirlər:  "Onlar öz əlləri ilə öz evlərini tikirlər. Bir yandan da xocalılar öz torpaqlarından dünyaya səslənir və Xocalı üçün ədalət istəyirlər. Bu, Azərbaycan tarixində çox böyük hadisədir ki, düşmənin belini qıraraq Xocalını geri qaytara bildik. Möhtərəm cənab Prezident Xocalıda Azərbaycan bayrağını qaldırdı.

Cənab Prezident özü də çıxışında bildirdi ki, “Mən Azərbaycanın işğaldan azad edilən bütün ərazilərində Azərbaycanın bayrağını qaldırmışam. Ancaq Xocalıda bayrağı qaldırarkən özümü mənəvi cəhətdən rahat hiss etdim. Çünki biz daha Xocalı faciəsinin qurbanlarının qanını ala bildik və öz doğma torpaqlarımıza qayıtdıq”.

M.Abbaszadə daha sonra əlavə edib ki, əli Xocalı sakinlərinin qanına batmış şəxslər axtarışdadırlar və törətdikləri əmələ görə cavab verməyiblər: "Amma biz inanırıq ki, dövlətimizin apardığı hüquqi siyasət nəticəsində beynəlxalq ictimaiyyətin köməyi ilə o insanların da məhkəmə qarşısında cavab verməsinə nail ola biləcəyik. Bütün bunlara baxmayaraq Xocalı faciəsini heç vaxt unutmamlı, daim yaddaşımızda saxlamalıyıq. Amma düşmənə ən böyük cavab işğal altındakı torpaqların geri qaytarılması oldu. Bir zaman bizi qətliamda günahlandıran, bu ərazilərdən qovan düşmənə indi bizim ən layiqli cavabımız bayrağımızın həmin ərazilərdə dalğalanmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Xocalı faciəsinin qurbanlarına rəhmət eləsin! İtkiləri olan insanlara da Allahdan səbir diləyirəm!"- deyə deputat vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR