22.12.2024, 10:15
AZ EN
24.02.2024, 16:36 259

Ukraynalı ekspert: Xocalı soyqırımı bir insanlıq faciəsidir

XƏBƏRLƏR
  • Xocalı soyqırımı kütləvi köçə, zorakılığa və insan hüquqlarının pozulmasına səbəb olan faciəli hadisə idi. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni hərbçiləri kimyəvi silahlardan, ağır texnikadan və artilleriyadan istifadə edərək Xocalı şəhərini ələ keçiriblər. Dinc, yatmış şəhər hücumdan əvvəl güclü artilleriya atəşinə məruz qalıb.

Bu sözləri ukraynalı politoloq, professor Andrey Lebed deyib.

Ukraynalı ekspert xatırladıb ki, Azərbaycanın Xocalı şəhərində baş vermiş faciə Ermənistanın işğalçı siyasətinin nəticəsidir və onun məqsədi başqa ərazilərdə “Böyük Ermənistan” qurmaqdır. Sovet imperiyasının süqutu ilə Ermənistan-Azərbaycan münasibətləri də gərginləşib. Həmin vaxt Ermənistanın özündə də Azərbaycanla ərazi məsələlərinin həllini tələb edən şovinist və millətçi qruplar fəallaşaraq qanuniləşib.

“Bu təcavüz zamanı erməni hərbçiləri nəinki bəşəriyyətə qarşı cinayət törətdilər, həm də mədəniyyət abidələrini, müsəlman qəbiristanlıqlarını murdarladılar. Çiçəklənən şəhər yer üzündən silindi, sonradan tikinti materialları üçün kərpic-kərpic söküldü. Cinayətkarların xırdalıqlarının nə qədər alçaldıcı və sarsıdıcı olması ilə razılaşmalısınız. Sakinlər öldürülüb və ya toz kimi ətrafa səpələnib - bir çoxları sadəcə olaraq, erməni təcavüzündən və qəddarlığından canlarını qurtararaq köçməyə məcbur olublar.

Xocalı soyqırımı normal insanda dəhşət və haqlı qəzəb doğurur. Azərbaycan bu qanlı faciəni heç vaxt unutmayacaq, eyni zamanda, həmin faciə onu sındıra bilmədi. Bütün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, bununla da bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün güclü iradə nümayiş etdirir. Gələcəkdə belə faciələrin qarşısını almaq üçün dünya həmin cinayətkarları tanımalıdır”, - deyə Andrey Lebed qeyd edib.

Onun sözlərinə görə, Xocalı qırğınının öyrənilməmiş dərsləri irəlidə çoxlu fəsadlara gətirib çıxarıb, lakin bu, artıq Ukraynada baş verir. Vaxtilə Azərbaycan torpaqlarında çoxsaylı hərbi cinayətlər törətmiş və nəticədə 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoymuş, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş erməni separatizmi və şovinizminin cücərtiləri özünü sonradan Ukraynanın şərqindəki separatçılıqda göstərdi. (AZƏRTAC)

Oxşar xəbərlər