"Vətən səsi" xəbər verir ki, bu barədə "Sputnik Armenia" Baş naziri Nikol Paşinyanın dünən parlamentdə “Hökumət saatı”ndakı çıxışına istinadən məlumat yayıb. Bildirilir ki, Paşinyan nəqliyyat dəhlizinin tikintisi planının bu ilin sonuna qədər tərtib ediləcək və burada layihənin bütün detallarının təsvir olunacağını deyib.
Ermənistanın Baş naziri onu da əlavə edib ki, Paşinyan əlavə edib ki, "Tramp marşrutu" planı hökumətin müvafiq strukturlarında razılaşdırıldırılaraq təsdiqlənməlidir. Onun sözlərinə görə, bu mərhələnin gələn ilin birinci yarısında başa çatdırılması, ikinci yarıda isə inşaat işlərinin başlanması nəzərdə tutulur.
"Sputnik Armenia" gələn il həm də Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ciddi addımların atılacağını yazır. Ermənistan hökumətindəki mənbələrdən bildirilib ki, bu məsələ "Tramp marşrutu"nun inşasını şərtləndirən mühüm amil kimi qarşıda durur. Buna görə də həmin layihənin planının müzakirəsi ilə paralel olaraq sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətlənəcəyi gözlənilir. Belə olan halda 2026-cı ilin ikinci yarısında "Tramp marşrutu"nun tikintisi üzrə inşaat işlərinə başlamaq mümkün və rahat olacaq.
"Sputnik Armenia" Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sərhədlərin delimitasiyası məsələsində Azərbaycan tərəfi ilə hər hansı ciddi fikir ayrılığının olmadığı barədə açıqlamasına da diqqət çəkib. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə müntəzəm əlaqələrinin olduğunu deyən Qriqoryanın sözlərinə görə, hər iki ölkənin sərhəd komissiyaları razılaşdırılmış sənəd əsasında işini davam etdirir: "Həmkarımla (Şahin Mustafayevi nəzərdə tutur - red.) son görüşümdə Azərbaycan ərazisinə səfər etdim. Lakin bu görüş mümkün demarkasiya fraqmentlərinə və prosesin özünə aid olub. Ümumilikdə isə sərhədlə bağlı məsələlərdə ciddi problem yoxdur, hər şey razılaşdırılmış qaydada davam etdirilir.
Mqer Qriqoryan növbəti görüşlərdə Azərbaycana qaytarılmalı olan 4 kənd - Naxçıvan Muxtar Respublikasının Kərki, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Bərxudarlı yaşayış məntəqələri, habelə onların inzibati əraziləri ilə bağlı məsələlərin də müzakirə edilə biləcəyini istisna etməyib.
Elxan SALAHOV