23.11.2024, 07:10
AZ EN
23.02.2024, 17:39 211

Paşinyan Fransa televizyasına Putindən şikayətləndi: "Məni devirmək istəyirlər"

XƏBƏRLƏR

Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib. Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.

“Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, – deyə Paşinyan vurğulayıb.

O, əlavə edib ki, İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər