22.12.2024, 21:22
AZ EN
20.02.2024, 20:15 210

Münxen Təhlükəsizlik Konfransı: Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayı artır

XƏBƏRLƏR
  • 16-18 fevral tarixlərində Almaniyanın Münhen şəhərində 60-cı Təhlükəsizlik Konfransı keçirildi. Yubley konfransında 150-dən artıq dövlət və hökumət başçıları, xarici işlər və müdafiə nazirləri, habelə yüzlərlə siyasətçi, ekspert və jurnalist iştirak edirdi. Forumda müzakirə olunan çoxsaylı problemlər arasında Azərbaycanla Ermənistan arasındakı münasibətlər və iki ölkə arasında imzalanacaq sülh sazişi də vardı.

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edərək çox mühüm görüşlər keçirdi. Görüşlər haqqında müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisidir.

Məsələ ilə bağlı müsahibə verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, bu konfrans çox böyük əhəmiyyət daşıyır.

“Cənab Prezident İlham Əliyev konfransda çox mühüm, yüksək səviyyəli görüşlər keçirdi. Bu görüşlərdən ABŞ-nin dövlət katibi Antoni Blinkenlə keçirilən görüşü qeyd etmək olar. Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın xarici siyasətində mühüm rol oynayır”, - deyə o, qeyd edib. (Trend)

 

Oxşar xəbərlər