23.12.2024, 10:01
AZ EN
16.02.2024, 18:45 213

Əli Əsədovla Qırğızıstan Nazirlər Kabinetinin sədrinin telefon danışığı olub

XƏBƏRLƏR
  • Fevralın 16-da Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Əli Əsədova zəng edib.

Nazirlər Kabinetindən bildirilib ki, A.Japarov Ə.Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər, həmçinin, Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. (Trend)

Oxşar xəbərlər