22.11.2024, 03:05
AZ EN
14.02.2024, 17:30 240

Politoloq: "Sərhəddəki təxribatlar Paşinyanı devirmək istəyənlərin planıdır"

XƏBƏRLƏR

"Ermənistan növbəti dəfə sərhəddə təxribata əl ataraq bir əsgərimizi yaraladı. Azərbaycanın adekvat reaksiyası nəticəsində qarşı tərəfin hərbi postu və bir neçə hərbçisi məhv edildi. Bu, Ermənistana edilən növbəti xəbərdarlıq idi. Çünki təxribatın xroniki hal almasına qarşı ən effektiv üsul məhz belə də olmalıdır".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə deyib. O, bildirib ki, Ermənistan ordusunun şərti dövlət sərhədində törətdiyi təxribatları Cənubi Qafqazda yeni müharibə üçün açılan atəş kimi dəyərləndirənlər də var: "Amma reallıq odur ki, Azərbaycana və Ermənistana yeni müharibə lazım deyil. Erməni tərəfindən edilən bu təxribat sabitliyi pozmaq, yeni müharibənin başlanmasını istəyən qüvvələrin əməli kimi də dəyərləndirilir”.

Politoloq hesab edir ki, Ermənistanda Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün vəziyyəti gərginləşdirməkdə maraqlı olan qüvvələr də var. Onun sözlərinə görə, məhz həmin qüvvələr Azərbaycanı yeni müharibəyə təhrik etməklə Ermənistanı növbəti məğlubiyyətə uğratmaq və bunun sayəsində Paşinyanı devirmək istəyir: "Düşünürəm ki, sərhəddəki təxribatlar Paşinyanı devirmək istəyənlərin planı ola bilər. Çünki müxtəlif üsullarla hakimiyyəti dəyişmək planı alınmayıb. Ona görə də belə təxribatlara əl atırlar. Amma indiki halda Azərbaycanın müharibə aparmaq niyyəti yoxdur. Əksinə, rəsmi Bakı çalışır ki, sülh müstəvisində proseslərin irəliləməsi üçün konkret addım atılsın. Məhz bu niyyətlə indiyədək tərəflər arasında bir neçə vacib görüş keçirilib. Lakin hələlik real nəticə yoxdur və Ermənistan yekun sülh üçün siyasi iradə nümayiş etdirilməlidir”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR