Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% (4577693) səslə seçkilərin qalibi olub. (Trend)