Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu məlumat verib.
“Artıq Bakıda və bir çox şəhərlərimizdə - Xankəndi, Şuşa, Xocalıda artıq səsvermə gedir”, - səfir qeyd edib.
Onun sözlərinə görə, Moskvada iki mindən çox vətəndaşı qəbul edə biləcək iki seçki məntəqəsi açılıb.
P.Bülbüloğlu bildirib ki, bu gün Azərbaycanın Yekaterinburq və Sankt-Peterburqdakı Baş Konsulluqlarında da prezident seçkilərində səsvermə başlayıb: “Mən tam əminəm ki, müdrik Azərbaycan xalqı bu gün düzgün seçim edəcək”. (Report)