19.10.2024, 18:35
AZ EN
06.02.2024, 11:23 327

Deputat: “Bu seçkilər Azərbaycanın yeni hədəflərinə çatması üçün böyük əhəmiyyət daşıyır”

XƏBƏRLƏR
  • “7 fevral prezident seçkiləri Azərbaycan tarixinin ən böyük hadisələrindəndir. Seçkilərdə xalq təkcə növbəti müddətdə ölkəyə rəhbərlik edəcək şəxsi seçməyəcək, həm də ölkənin gələcəyini müəyyən edəcək”.

“Vətən səsi” xəbər verir ki, bu fikirləri “secki-2024.az” saytına açıqlamasında Milli Məclisin üzvü Mahir Abbaszadə deyib.

Deputat bildirib ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən bir neçə amil var: “Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, suverenliyi tam təmin edilib. Seçkilər ilk dəfə respublikanın bütün ərazisində keçiriləcək və xalq qalib Azərbaycanın yeni rəhbərini seçəcək.

İkincisi, müstəqilliyimizin bərpa edilməsindən sonra işğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçki keçiriləcək. 44 günlük müharibədən sonra azad edilmiş ərazilərin bərpa edilməsi istiqamətində mühüm işlər görülüb, əhalinin bir hissəsi öz evlərinə qayıdıb. Qayıdış prosesi davam edir. Bu seçicilər qeydiyyatda olduqları seçki məntəqələrində ilk dəfə səsvermə hüququndan istifadə edə biləcəklər.
Nəhayət, son 20 ildə Azərbaycanın əsas hədəfi torpaqlarımızın işğaldan azad edilməsi idi. Artıq bu hədəfə nail olunub və bundan sonra yeni dövr başlanır. Yeni dövrün hədəfləri, prioritetləri var. Azərbaycan xalqı fevralın 7-də yeni dövrdə yola hansı liderlə davam edəcəyini müəyyən edəcək”.
M.Abbaszadə vurğulayıb ki, bu seçkilər Azərbaycanın yeni hədəflərinə çatmaq üçün böyük əhəmiyyət daşıyır: “Hesab edirəm ki, hər bir seçici 7 fevralda seçki məntəqəsinə gedəcək və öz iradəsini nümayiş etdirəcək”.

S.Süleymanova

Oxşar xəbərlər