24.04.2025, 09:51
AZ EN
05.02.2024, 10:51 333

Hadrutda yerləşən 108 saylı seçki məntəqəsi səsvermə prosesinə tam hazırdır

XƏBƏRLƏR
  • “124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 108 saylı seçki məntəqəsi rayonun Hadrut qəsəbəsində yerləşir. Budəfəki seçki prosesində həm məntəqə sədri kimi, həm də doğma yurdumda səsverən biri kimi bu tarixi hadisənin şahidi olduğum üçün qürurluyam”.

“Vətən səsi” xəbər verir ki, bu fikirləri “secki-2024.az” saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 108 saylı seçki məntəqəsinin sədri Raqil Əlizadə bildirib.

Məntəqə sədri bildirib ki, məntəqədə 7 fevral – Azərbaycan Respublikası Prezidenti seçkilərinəhazırlıq tam yekunlaşıb, seçki prosesinin şəffaf və demokratik şəraitdə keçməsi üçün lazımi şərait yaradılıb: “Həmçinin məntəqəmiz lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub”

“Vətəndaşların sərbəst şəkildə səsvermələri üçün kabinələr quraşdırılıb. Məntəqə səffaf seçki qutuları, mürəkkəb, ultrabənövşəyi lampalar və digər vəsaitlərlə təmin olunub. Məntəqə sədri, katibi və üzvləri Hadrutda ilk dəfə keçiriləcək prezident seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi fasiləsiz fəaliyyət göstərirlər. Seçki siyahıları dəqiqləşdirilib, məntəqə üzrə 526 seçici qeydiyyatdadır. Artıq dairə seçki komissiyasından bülletenləri də almışıq. Bir sözlə, tam hazır vəziyyətdə seçki gününü gözləyirik”, - deyə R. Əlizadə qeyd edib. 

S.Süleymanova 

Oxşar xəbərlər