Bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş Şuşada türk dövlətlərinin beyin mərkəzlərinin növbədənkənar toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Şuşada toplaşmağımız təsadüfi deyil”, - o bildirib.
U.Ulutaş vurğulayıb ki, geosiyasət beynəlxalq münasibətlərin reallığıdır: “Qarabağ münaqişəsi başa çatdıqdan sonra yeni reallığın yaranmasının şahidiyik. Üstəlik, Ukraynadakı münaqişə kontekstində geosiyasətdə dəyişikliklərin baş verdiyini görürük”.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyəyə çatıb: “Bu əlaqələr qardaşlıq və müttəfiqlik münasibətləridir”. (Report)