09.06.2025, 06:50
AZ EN
29.01.2024, 20:20 308

Bişkekdə Azərbaycanda prezident seçkilərinə hazırlığın gedişi müzakirə olunub

XƏBƏRLƏR
  • Azərbaycanın Qırğızıstandakı səfirliyində Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası tərəfindən təyin olunmuş beynəlxalq müşahidəçi İslambek Mursabekovla görüş keçirilib.

Görüşdə İslambek Mursabekov fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar təşkil olunmuş seçki məntəqəsinin komissiya üzvləri ilə tanış olub. Həmçinin seçki məntəqəsinə baxış keçirilib.

Səfir Lətif Qəndilov seçkilərin təşkili istiqamətində aparılan işlərə dair qarşı tərəfə məlumat verib. (AZERTAC)

Oxşar xəbərlər