02.08.2025, 14:01
AZ EN
31.01.2025, 14:17 275

Ermənilər Zəngəzura görə sənəd toplayır...

XƏBƏRLƏR
  • Ermənistan hökuməti sülh danışıqları prosesinin növbəti mərhələsində Zəngəzurun təhvil verilməsinə hazırlaşır.

“Vətən səsi” xəbər verir ki, bunu erməni politoloq Davit Ananyan deyib. Onun sözlərinə görə, son günlər Azərbaycanla sərhəd kəndlərində yaşayan erməni ailələri yerli məmurların tapşırığı əsasında həyətyanı torpaq sahəsi və daşınmaz əmlakla bağlı sənədlərini qaydaya salmağa başlayıb: “Baş verənlər Sünikin (Zəngəzur) təhvil verilməsi prosesinin artıq başladığını aydınlaşdırmaq üçün həyəcan siqnalıdır. Çox güman ki, Nikol Paşinyanın bugünkü mətbuat konfransında irimiqyaslı və bəlkə də əvvəlcədən müəyyən edilmiş nələrinsə hazırlandığına dair bir növ işarə və ya elan olacaq”.

Erməni politoloq deyib ki, Ermənistan istənilən halda Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikdən yayına bilməyəcək. Onun fikrincə, vaxt ötdükcə bu mövzu ətrafında müzakirə halqası daralır və Ermənistanın prosesi yubatmaq üçün manevr imkanları itirilir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransı keçirilməlidir. O, bu barədə  hələ bir neçə gün əvvəl "Facebook" hesabında məlumat yaymışdı. Mətbuat konfransına bir sıra mühüm məsələ, o cümlədən Azərbaycanın rəsmi İrəvana tələbləbləi barədə sullara cavabın səsələnəcəyi gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər