"Vətən səsi" xəbər verir ki, bu barədə “secki-2024.az” saytına açıqlamasında 122 saylı Xankəndi dairə seçki komissiyasının (DSK) sədri Pərvanə Abbasova məlumat verib.
O bildirib ki, erməni işğalından azad edilmiş Xankəndi şəhərində ilk dəfə keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün lazım olan bütün tədbirlər görülüb: “122 saylı dairədə 15 məntəqə fəaliyyət göstərir. Onlardan 2-si Xankəndinin özündə, digər 13-ü isə respublikamızın digər bölgələrində yerləşir. Bütün məntəqələrimizdə, o cümlədən Xankəndi şəhərindəki 14 və 15 saylı məntəqələrdə seçkilərin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, təminat və təhcizatla bağlı məsələlərin hamısı öz həllini tapıb”.
S.Süleymanova