Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bəyanatında deyilir.
"Ermənistan dəfələrlə, o cümlədən, yüksək səviyyədə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib", - bəyanatda deyilir.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 1-ci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadındır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 nəfərin kimliyi müəyyən edilib.
Bir qədər əvvəl Azərbaycan Ermənistan tərəfi ilə itkin düşmüş şəxslərin axtarışı üzrə birgə mexanizm yaratmağa hazır olduğunu bildirib. (Trend)