Bu fikirləri müsahibəsində AŞPA-dakı Ukrayna nümayəndə heyətinin üzvü Oleksii Qonçarenko deyib.
O bildirib ki, bu təşkilata üzv ölkələrin nümayəndələri birlikdə olmalıdırlar. Azərbaycan da bu ailənin üzvüdür.
“Dünən bu təşkilatda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı baş verənlərə təəssüflənirəm. Ümid edirəm ki, Azərbaycan nümayəndə heyəti yenidən AŞPA-ya gələcək. İnanıram ki, hər iki tərəf - Azərbaycan və AŞPA qarşılıqlı addımlar atacaq və bu vəziyyət həllini tapacaq. Bundan sonra da bu Assambleyada, eləcə də, ümumiyyətlə, azərbaycanlı həmkarlarımla birgə işləmək istəyirəm”, - deyə O. Qonçarenko əlavə edib. O vurğulayıb ki, AŞPA-da yaranmış bu vəziyyət Avropa Şurasına fayda gətirməyəcək. Azərbaycan bu ailənin üzvü kimi təşkilatda olmalıdır.(AZERTAC)