20.09.2024, 16:41
AZ EN
24.01.2024, 19:15 212

Böyük Britaniyada Azərbaycan vətəndaşlarının səsverməsi üçün lazımi şərait yaradılıb

XƏBƏRLƏR
  • Fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində səsvermə hüququndan istifadə etmək istəyən vətəndaşlar üçün Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində (London şəhərində) seçki məntəqəsi yaradılıb.

Bu barədə secki-2024.az saytının sorğusuna cavab olaraq səfirlikdən məlumat verilib.

Səfirlikdən bildirilir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İslandiya Respublikasında və İrlandiya Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının daxil olmuş müraciətləri əsasında seçici siyahısına daxil edilməsi məqsədilə səfirlikdə qeydiyyat aparılıb.

“Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi, eləcə də vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyində təşkil olunmuş seçki məntəqəsində lazımi şərait yaradılıb”, - deyə səfirliyin məlumatında bildirilib.

Eyni zamanda səfirliyin açıqlamasında vurğulanıb ki, Böyük Britaniyada yaşayan Azərbaycan vətəndaşları növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə böyük maraq göstərir və Azərbaycanın uğurlu gələcəyinə səs verməkdən qürur duyurlar. (Trend)

Oxşar xəbərlər