19.10.2024, 18:23
AZ EN
18.01.2024, 17:43 271

Zəngəzur dəhlizi: Paşinyan hansı razılaşmaları pozub - Lavrov detalları açıqladı

XƏBƏRLƏR

 

"Ermənistan Baş naziri Nikol Paşinyanın regiondakı tranzit marşurutlarla bağlı bəyanatlarında bir məntiq görmürəm".

"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair bu gün keçirdiyi mətbuat konfransında deyib. Rusiyalı nazir xatırladıb ki, son günlər Azərbaycan və Ermənistan liderləri publik çıxışlarda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin qurulması mövzusuna toxunublar: “Paşinyan haradasa Ermənistanın Zəngəzur dəhlizinin qəti əleyhinə olduğunu deyib. Halbuki 2020-ci il noyabrın 9-da imzalanan və müharibəni dayandıran bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılacağı bildirilib. Üçtərəfli bəyanatda nəqliyyat yollarının açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təhlükəsizliyinə Ermənistan tərəfindən zəmanət verilməsi qeyd olunub. Razılaşmaya görə, bütün rabitə və nəqliyyat əlaqələri açılır, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir və nəzarəti Rusiyanın sərhəd xidməti həyata keçirir".

Lavrov bir daha vurğylayıb ki, üçtərəfli razılaşmaya əsasən, bu yol üçtərəfli sazişlə müəyyən edilib cə marşrut Rusiya sərhəd xidmətinin nəzarəti altında Ermənistanın suveren ərazisindən keçir: "Orada Azərbaycandan Ermənistana giriş və Ermənistandan Azərbaycanın Naxçıvan bölgəsinə çıxış zamanı sərhəd və gömrük nəzarəti prosedurları prinsipcə razılaşdırılıb. Paşinyan isə deyir ki, o, İranın Naxçıvana gediş-gəliş üçün Azərbaycana hansı şərtlərlə yol veribsə, o da eynisini verməyə hazırdı. Açıq desəm, mən onun dediklərində məntiq görmədim.  Bu marşurutları müqayisə etmək çətin ki, düzgün olsun. Əminəm ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına alternativ yoxdur".

Rusiya xarici işlər naziri xatırladıb ki, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup çərçivəsində marşrutlar açılan zaman ölkələrin öz suverenliyini və yurisdiksiyasını tam olaraq saxlaması razılaşdırılıb. Onun sözlərinə görə, baş nazirlərin müavinlərii səviyyəsində ilk olaraq dəmir yolunda əlaqəsinin bərpası barədə razılıq əldə olunub.

Lavrov qeyd edib ki, saziş digər məsələlərlə yanaşı, Putinin KTMT sammiti çərçivəsində İrəvana səfəri zamanı da müzakirə olunub: “Sonra hər şey pozuldu. Əldə edilmiş razılaşmalardan belə geri çəkilmələr nadir hallarda olur. Biz bilmirik ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyatın açılması prinsipləri ilə bağlı razılaşmaların icra olunmasına nə mane olub. Amma Qərb təşkilatlarının niyyəti region ölkələrinin arasında maraqların tarazlığına əsaslanan razılaşmalar əldə etmək deyil, öz geosiyasi məqsədlərini həyata keçirməyə istiqamətlənib. Bizim öz mesajlarımızı davam etdirməyin alternativi yoxdur. Ermənistanın suveren ərazisindən keçən marşrut Rusiya Federasiyası FTX-nın sərhəd xidmətinin nəzarəti altında olmalıdır. Azərbaycandan Ermənistana girişdə və Ermənistandan çıxışda nəzarət prosedurları da razılaşdırılıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər