16.04.2025, 19:03
AZ EN
17.01.2024, 07:00 342

Prezident seçkilərində "exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır

XƏBƏRLƏR
  • Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 20 gün qalanadək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edə bilər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir. (APA)

Oxşar xəbərlər