Bunu “secki-2024.az” saytına açıqlamasında amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib.
Qarşıdan gələn prezident seçkilərini Azərbaycanın müasir tarixində tarixi məqam adlandıran ekspert əlavə edib: “Azərbaycanda seçki ənənəsi demokratiyanın mütərəqqi vəziyyətini mükəmməl şəkildə nümayiş etdirir. Budəfəki prezident seçkiləri ilk dəfə suveren Azərbaycan ərazisinin hər bir guşəsində baş tutacaq. Bu, əslində Azərbaycanın müasir tarixində şanlı bir səhifədir”. (AZƏRTAC)