Bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Təqvim planına əsasən, vəsiqələr dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək verilməlidir.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı isə 7-yə çatıb. (Trend)